Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İŞİD-in kökünü kəsmək beləmi çətindir?

© todayİŞİD-terror
İŞİD-terror - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Moskva terror qruplaşmalarını zəiflətmək üçün digər dövlətləri də güclərini birləşdirməyə çağırır.

İŞİD-in kökünü kəsmək beləmi çətindi?
BAKI, 2 avq-Sputnik. Rusiyanın Suriyadakı əməliyyatlarının məqsədi İŞİD-in genişlənməsinin qarşısını almaqdır. Bunu Rusiyanın Avropa İttifaqı üzrə səfiri Vladimir Çijov bildirib. Onun sözlərinə görə, terror qruplaşmalarına göz yummaq olmaz.

Terrorla mübarizə üçün Moskva əlindən gələni əsirgəmir. Terror qruplaşmalarını zəiflətmək üçün o, digər dövlətləri də güclərini birləşdirməyə çağırır. Bundan başqa, Moskva öz üzərinə əhəmiyyətli bir missiya götürüb — terror infrastrukturuna zərbələr endirmək.

Suriyadakı əməliyyatların ciddi və mühüm olduğunu Rusiya çox yaxşı başa düşür. Rus pilotlarının tədbirlərinin nəticə verdiyini təstiqləyən məlumatlar da yayılır: terrorçüların bazaları, yanacaq depoları, hərbi texnika məhv edilib. Rusiyanın oxşar hərəkəti Qərb üçün gözlənilməz oldu. Birincisi, ona görə ki, Rusiya uzun müddət Yaxın Şərq istiqamətində bu dərəcədə fəal oyunçu hesab olunmurdu. İkincisi isə, son zamanlar Qərb bir növ Rusiya Federasiyasının zəif olduğu haqda əfsanənin əsirinə çevrilib.

Islamic State militants - Sputnik Azərbaycan
RUSİYA
İŞİD Rusiyaya qarşı cihad elan etdi
Qara dəniz-Xəzər regionu üzrə Siyasi və Sosial Araşdırmalar İnstitutunun direktoru Vladimir Zaxarovun sözlərinə görə, Qərbdə rus ordusunun dağıldığı və artıq mövcud olmadığı haqda çox yazıb-danışıblar: "Onlar düşünürdülər ki, dedikləri hər şey həqiqətdir — Rusiyada artıq ordu və silahlı qüvvələr yoxdur. Lakin belə çıxdı ki, Rusiyada nə Amerika Birləşmiş Ştatlarında, nədə ki, NATO-nun üzvü olan digər dövlətlərdə olan silah var. Bu silahdan istifadə etmək üçün bacarıqların olması çox vacibdir. Rusiya da bu bacarıqlarını göstərdi".

Lakin əməliyyatların tezliklə bitəcəyini düşünmək yalnışdır. Rus pilotlarının Suriyadakı uğurlu əməliyyatları digər ölkələrdə fərqli qarşılandı. Bu, sübut etdi ki, regionda iki düşərgə var və onlardan biri terrorizmə son qoyulmasında maraqlı deyil. Nəticədə, Moskvanın mövqeyi bu ölkələri qane etmir.

Moskva digər dövlətləri də terrora qarşı mübarizə aparmağa çağırır. İndi uğurlu əməliyyatları inkişaf etdirmək lazımdır. Bunu güclərini birləşdirərək eyni anda bir neçə dövlət etməlidir. Sankt-Peterburq Dövlət Universitetinin dosenti Aleksandr Sotniçenko hesab edir ki, Rusiya bu əməliyyatlarda əsas rolu oynamağa hazırdır:

Глава Чечни Рамзан Кадыров - Sputnik Azərbaycan
RUSİYA
Ramzan Kadırov: Çeçenistan İŞİD-i məhv etməyə qadirdir
"Rusiya və onun müttəfiqləri üçün bu əməliyyatda qalib gəlmək üçün yeganə şans İranla birgə əməliyyatlar və səylərin çox sıx koordinasiyasıdır. Əməliyyatlardan əvvəl Rusiya dəfələrlə bildirib ki, terrorizmə, Suriyadakı İŞİD-ə yalnız hava hücumları ilə qalib gəlmək mümkün deyil. Bu doğrudur. İndi bir çox Rusiya opponentləri deyirlər ki, bəs siz tək hava qüvvələri ilə necə qalib gəlməyə hazırlaşırdız, axı siz özünüz bunun mümkün olmadığını deyirdiz. Belə ki məsələ tək hava zərbələrində deyil. Biz texniki cəhətdən daha inkişaf etmiş kimi havadan dəstəkləyəcəyik. Bizim hər cəhətdən çox güclü hərbi hava qüvvələrimiz var. Quru əməliyyatları isə Əsəd ordusu, eləcə də İrandan müttəfiqlər və Livandan "Hizbullah" hərəkatı aparacaqlar. Belə ki bütün qoşun növləti var. Əsas məsələ bizim səylərimizin koordinasiyasıdır. Onda uğura nail olmaq olar".

Suriya əməliyyatları Rusiyanın öz hərəkətləri ilə iki məqsəd güddüyünün daha bir sübutu oldu — qanunu qorumaq və normal həyat üçün şərait yaratmaq. Lakin əgər Suriyaya bunların hər ikisi zəruridirsə, digər ölkələrin çoxuna oxşar nəticə lazım deyil və onlar Rusiyaya mane olmağa çalışacaqlar.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала