Yerevanda polis binasını zəbt edən silahlı qrup təslim olub

© REUTERSПерекрытая полицейскими улица в Ереване
Перекрытая полицейскими улица в Ереване - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yerevanda Patrul-mühafizə polkunun binasını zəbt edən silahlı qrup təslim olub.

BAKI, 31 iyul — Sputnik. Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olub.

Sputnik-in məlumatına görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti xəbər yayıb.

Məlumatda bildirilir ki, antiterror əməliyyatı nəticəsində qrup üzvləri təslim olmağa məcbur ediliblər. Əməliyyat 20 terrorçunun saxlanılması ilə nəticələnib.

Daha öncə silahlı qrupun rəhbərlərindən biri Varujan Avetisyan təslim olacaqlarını bəyan etmişdi.

Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib. Silahlılar 2 polis əməkdaşını qətlə yetiriblər.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала