BAKI, 28 iyul — Sputnik. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) növbəti valyuta hərracını keçirib. ARDNF-dən Sputnik-ə verilən məlumata görə, hərracda kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi 9 dəfə üstələyib.
Belə ki, Fond hərraca həmişə olduğu kimi 50 mln. dollar çıxarıb. Bankların tələbatı isə 450 mln. dollar olub. Son nəticədə hərraca çıxarılmış valyuta kütləsi tam həcmdə satılıb.