BAKI, 23 iyul — Sputnik. Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 80-nə çatıb.
RİA Novosti-nin verdiyi xəbərə görə, partlayış nəticəsində 80 nəfər ölüb, azı 230 nümayişçi yaralanıb. Küçələrinə elektrik xəttinin çəkilməsini istəyən etnik xəzərlərin keçirdiyi aksiya zamanı iki kamikadze özünü partladıb. Daha bir kamikadze-terrorçu polis tərəfindən öldürülüb.
Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.