QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ümidlər yaranıb

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidAzərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, münaqişənin "ölü nöqtə"dən çıxarılması zərurətə çevirilib

BAKI, 12 iyul — Sputnik. "2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi fəsadlara gətirib çıxarmışdır. Ermənistanın niyyəti bəllidir. Onlar danışıqları müxtəlif yollarla pozmaq istəyirlər və görəndə ki, beynəlxalq vasitəçilər tərəfindən onlara təzyiq artır, növbəti təxribatlara əl atırlar".

Rusiya XİN rəhbəri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun birgə mətbuat konfransı. Bakı, 12 iyul 2016-cı il - Sputnik Azərbaycan
SİYASƏT
"Azərbaycan Prezidenti ilə ətraflı və səmimi müzakirələr apardıq"

Bunu iyulun 10-da Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. O bildirib ki, aprel döyüşləri status-kvonun tezliklə dəyişdirilməli olduğunu göstərir: "Bunu artıq vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir".

"Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var", — deyə Prezident bildirib.

İlham Əliyev Varşavada Fransa prezidenti ilə görüşdüyünü deyib: "Biz Minsk qrupunun fəallığını müşahidə edirik. Həm Amerika, həm Rusiya, indi də Fransa prezidenti bu məsələ ilə çox ciddi məşğuldurlar. Danışıqlar indi fəal mərhələyə keçməlidir və Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir. Yəni, artıq məsələnin mərhələli yollarla həlli bütün həmsədr dövlətlər tərəfindən, ATƏT tərəfindən qəbul edilir. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bəzi hallarda beynəlxalq hüquq, BMT-nin qətnamələri kənarda qalırdı və Dağlıq Qarabağın gələcəyi ilə bağlı həqiqətə uyğun olmayan müxtəlif təkliflər irəli sürülürdü. Bütün bunlar artıq keçmişdə qalib".

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində prosesin getdiyini Bakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov da bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq görüşünün nəticələrini yüksək qiymətləndirir: "Mən Ermənistan və Azərbaycana Rusiya Prezidentinin tapşırığı ilə səfər edirəm. İnanıram ki, bu görüş münaqişənin tənzimlənməsi istiqamətində gələcək addımları müəyyənləşdirməyə imkan verəcək".

Politoloq Rauf Mirqədirov Sputnik-ə açıqlamasında bildirib ki, danışıqlar prosesindəki bu aktivlik ilk növbədə aprel hadisələri ilə bağlıdır: "Bu hadisələr göstərdi ki, bu tip münaqişələr heç vaxt uzun müddət dondurulmuş halda qala bilməz. Ən uzunmüddətli bu tip münaqişələrdən biri, bildiyiniz kimi, Yaxın Şərq münaqişəsidir. Həmin münaqişə də vaxtaşırı dondurulmuş haldan qaynar fazaya keçir və müxtəlif formatlarda toqquşmalar baş verir".

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı ilə birgə keçirilən mətbuat konfransında çıxış edir. Bakı, 12 iyul 2016-cı il - Sputnik Azərbaycan
QARABAĞ
"Lavrovun Qarabağla bağlı açıqlaması nikbinlik yaradır"

"Artıq anlamaq lazımdır ki, söhbət Qafqaz regionundan gedir. Bu region aparıcı güc mərkəzləri — Amerika və Rusiya üçün çox önəmli regionlardan biridir. Digər tərəfdən, Qərblə Rusiya arasında ciddi fikir ayrılığı, beynəlxalq problemlər var. Sözsüz ki, Qərb və Rusiya indiki şəraitdə onların arasında qarşıdurma yarada biləcək növbəti bir qaynar nöqtənin yaranmasını istəmirlər. Ona görə də bu fəallıq var", — siyasi şərhçi bildirib.

R. Mirqədirovun sözlərinə görə, bu fəallığın ciddi nəticələrə gətirib çıxarıb-çıxarmayacağı çox mürəkkəb məsələdir: "Çünki vasitəçilərin səsləndirdiyi sözlərin səmimiliyinə inanmaq çətindir. Bu çətinliyin səbəbi aparıcı dövlətlər arasındakı rəqabətdir. Bu, onlara vahid bir siyasətlə çıxış etməyə imkan vermir. Amma ilkin addımların atılacağı istisna deyil, çünki bu təhlükə böyükdür və onun nəticələri çox ağır ola bilər".

Politoloq Azər Rəşidoğlu isə hesab edir ki, bu fəallıq regionda hərbi əməliyyatlar ehtimalını sıfıra endirir: "Uzun müddət Ermənistan və Azərbaycan arasında danışıqlar aparılmırdı. Məhz Rusiyanın təşəbbüsü ilə danışıqlar prosesi ələ alındı və artıq durğunluq aradan qaldırılıb. Rusiya xarici işlər naziri də bu gün bəyan etdi ki irəliləyiş var, amma danışıqların detalları ictimaiyyətdən gizlədilir. Danışıqların "ölü nöqtə"dən tərpənməsi hərbi əməliyyatlar ehtimalını sıfıra endirir. Yaxın zamanda danışıqların hansı istiqamətdə getdiyini daha dəqiq demək mümkün olacaq".

Ekspertin sözlərinə görə, danışıqlar Kazan sazişi və yenilənmiş Madrid prinsipləri formatı arasında aparılır: "Azərbaycan və Ermənistan rəhbərliyinə ictimaiyyəti sülhə hazırlamaq tövsiyyə olunur".

Qeyd edək ki, iyulun 14-də ABŞ dövlət katibi Con Kerri Moskvaya səfər edəcək. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin sözlərinə görə, Con Kerri Moskvaya Parisdən, Fransa prezidenti F.Olland ilə görüşündən sonra səfər edəcək. Dövlət katibi səfər çərçivəsində Suriya, Ukraynadakı vəziyyəti, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək.

Xəbər lenti
0