Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakı bulvarında Bollivuddan bir parça

Abunə olmaq
Paytaxtda Open Air rəqs bayramı davam edir. Bu dəfə Xəzərin sahilində, Dənizkənarı bulvardakı Milli Parkda hind musiqisi səslənir, sahilə toplaşan pərəstişkarlar təkcə Kuba rumbası kimi qaynar latın rəqslərini deyil, həm də Bollivud rəqslərini ifa edirlər.

Bakı bulvarında Bollivuddan bir parçanı bu bazar açıq səma altında (Open Air) ilk kütləvi rəqsin təşəbbüskarları — Badi Kuba Salsa rəqs studiyası və Baila Baku Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə təşkil ediblər.

"Sevindirici haldır ki, təşkilatçılar həvəskarlara təkcə Latın Amerikası rəqslərini deyil, həm də maraqlananlara Hindistan və hind rəqslərini də öyrədirlər", — deyə Open Air-in iştirakçısı Sputnik-ə bildirib.

Qeyd edək ki, Bakı bulvarında hər həftənin şənbə və bazar günləri saat 19:00-dan başlayaraq rəqs həvəskarları üçün bulvarın köhnə hissəsində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından aşağıda rəqs meydançası açılacaq.

 

Xəbər lenti
0