BAKI, 28 iyun — Sputnik. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Fonddan Sputnik-ə verilən məlumata görə, hərraca çıxarılan vəsait 31 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.