BAKI, 24 iyun — Sputnik. İyunun 24-də Milli Məclisin növbədənkənar plenar iclası başlayıb. Sputnik xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.
İclasda Vergi, Miqrasiya, İnzibati Xətalar, Mülki, Mülki Prosessual məcəllələrində dəyişikliklərə baxılacaq. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunda, "İcra haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə ediləcək.