Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dopinqdə ittiham olunan azərbaycanlı idmançı: "Son şansım idi..."

© AP Photo / Mike Grollİntiqam Zairov 2012-ci il London Olimpiadasında
İntiqam Zairov 2012-ci il London Olimpiadasında - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
İntiqam Zairov: "Konkret olaraq nədə ittiham olunduğumla maraqlanmamışam. Çünki, hansı dopinqin olmasından asılı olmayaraq, mən onlara heç nə sübut edə bilməyəcəm"

BAKI, 23 iyun — Sputnik. Son zamanlar Azərbaycan Ağır Atletika Federasiyasının başının üstündən "qara buludlar" çəkilmək bilmir. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası İcraiyyə Komitəsinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən iclasında idmançılarımızla bağlı sərt qərar qəbul olunub. Belə ki, daha iki idmançımızın (İntiqam Zairov və Boyanka Kostova), dopinq ittihamı ilə Rio Olimpiadasına lisenziyası ləğv edilib.

Valentin Xristov- ağırlıqqaldırma üzrə dünya çempionu - Sputnik Azərbaycan
İDMAN
Böyük qalmaqal: Olimpiadaya lisenziyalarımız ləğv olundu

Hadisəni Sputnik-ə şərh edən, Avropa çempionu, 2012 Yay Olimpiya Oyunlarının 6-cısı İntiqam Zairov baş verənləri özlərinə qarşı haqsızlıq hesab edir: "O vaxt yoxlanıb təmiz çıxmışıq, illər keçəndən sonra dopinq çıxıb? Bu, haqsızlıqdır. Sadəcə 17 illik əziyyətim heçə getdi. Canımı, ömrümü bu idman növünə sərf etdim, indi də evdə oturub nə olacağını gözləyirəm".

İdmançımız dopinqsiz məşq eləməyin mümkünsüz olduğunu da deyib: "Meyvə və adi şirələr məşqdə itirilən enerjini bərpa edə bilmir və məcbur olaraq idmançılar enerji bərpaedicilərdən istifadə edirlər. Amma bu bərpaedicilər (vitaminlər) heç də dopinq demək deyil. İllərlə bu üsulla məşq etmişik, sadəcə bu il onlar dopinq hesab olunub".

Avropa çempionu bundan sonrakı fəaliyyətindən də danışıb: "Mənim idmandan başqa bir işim yoxdur. Məsləhət olsa, gələcəkdə məşqçi kimi fəaliyyətimi davam etdirəcəm. Hansı dopinqə görə lisenziyamın ləğv olunmasına gəldikdə isə, bununla maraqlanmamışam. Çünki, hansı dopinqin olmasından asılı olmayaraq, mən onlara heç nə sübut edə bilməyəcəm".

İ. Zairov bu olimpiadanın onun sonuncu şansı olduğunu da əlavə edib: "Mənim artıq 32 yaşım var. Bir neçə il sonra 40 yaşa çatacam. Artıq peşəkar idmanı davam etdirmək çətin olacaq. Rio-de Janero Olimpiadası peşəkar karyeramda sonuncu şansım idi. Ona da imkan vermədilər".

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала