Məhəmməd Hatəmi Tantəkin bu dünyaya vida etdi

© Photo : STRAzərbaycan Milli Azadlıq Hərəkatının qurucularından biri Məhəmməd Hatəmi Tantəkin
Azərbaycan Milli Azadlıq Hərəkatının qurucularından biri Məhəmməd Hatəmi Tantəkin - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Milli Azadlıq Hərəkatının qurucularından biri - Hatəmi Tantəkin bu gün 81 yaşında vəfat edib.

BAKI, 14 iyun-Sputnik. 1980-ci illərdə Azərbaycanda Milli Azadlıq Hərəkatının formalaşmasında önəmli xidmətləri olan, Milli Azadlıq Hərəkatının təməl daşını qoyanlardan və ilk yaradılan "Çənlibel" təşkilatının qurucusu Məhəmməd Hatəmi Tantəkin bu gün 81 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tantəkin iyunun 11-də təcili tibbi yardım maşını vasitəsilə Bakı Sağlamlıq Mərkəzinə aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun bazar ertəsinə qədər reanimasiyada qalacağını, bazar ertəsindən sonra xəstənin vəziyyətinə aydınlıq gətiriləcəyini deyiblər.

Bu gün səhər saatlarında onun vəziyyəti kəskin pisləşib və vəfat edib.

Məhəmməd Hatəmi Tantəkin bu gün Bülbülə qəbiristanlığında atasının yanında dəfn olunacaq.

Xəbər lenti
0