BAKI, 9 iyun — Sputnik. ABŞ-ın Avropa Komandanlığının (EUCOM) sabiq komandiri general Filipp Breedlove mərkəzi Vaşinqtonda yerləşən beyin mərkəzi "Atlantic Council"da bir paneldə çıxış edib. Sputnik NTV-yə istinadən xəbər verir ki, general Filipp Breedlove Birləşmiş Ştatları Türkiyəyə dəstək verməyə çağırıb.
"Türkiyə bizim üçün əhəmiyyətli bir müttəfiqdir və çətin bir bölgədə sıxışmış vəziyyətdədir. Cənubunda vətəndaş müharibəsi yaşanır. Şimalında olan Karadeniz isə getdikcə narahat bir hal alır", — general deyib.
Türkiyənin mühüm geostrateji bölgədə yerləşdiyini qeyd edən Breedlove, Vaşinqtonun Ankaraya daha çox diqqət ayırmalı olduğunu vurğulayıb: "Türkiyə Suriyada baş verən daxili savaşdan dolayı, yaşanan qaçqın böhranından digər ölkələrin zərər görməməsi üçün əlindən gələni etməyə çalışır. Bu sahədə hələ görüləsi çox işlər də var".