CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan paytaxtın bəzi küçələrində hərəkət tam bağlanacaq

© Sputnik / Fuad HasanovParkinq və tıxaclar
Parkinq və tıxaclar - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən alternativ yollardan istifadə etmələrini məsləhət görülür.

BAKI, 3 iyun — Sputnik. Bakının Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin Bəkir Çobanzadə küçəsi ilə kəsişməsindən Qara Qarayev prospektinə qədər olan hissəsi (Dakar meydanı) iyunun 4-ü səhər saatlarından təmir işləri ilə əlaqədar hərəkətə tam bağlanacaq.

Sputnik “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, əks istiqamətdə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan hissədə isə hərəkətə hər-hansı məhdudiyyət tətbiq edilmir.

“Azəravtoyol” vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini məsləhət görür.

Xəbər lenti
0