Diqqətlər Almaniyada: Türk dünyası əleyhinə radikal qərar verilə bilər

© REUTERS / Hannibal HanschkeAlmaniyada yaşayan minlərlə türk Federal Məclisdə qondarma "erməni soyqırımı" qərar layihəsinə etiraz edir
Almaniyada yaşayan minlərlə türk Federal Məclisdə qondarma erməni soyqırımı qərar layihəsinə etiraz edir - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Federal Məclisdə qondarma "erməni soyqırımı" qərar layihəsinin səsverməsi keçiriləcək. Almaniyada yaşayan minlərlə türk layihə əleyhinə etiraz aksiyası keçirib.

BAKI, 2 iyun — Sputnik. Bu gün Almaniya parlamenti 1915-ci il hadisələrini "erməni soyqırımı" olaraq tanıyan layihəni səsə qoyacaq. Ekspertlərin gözləntilərinə görə, Federal Məclisdə qondarma "soyqırımı" tanıyan qərar çıxarsa, Türkiyə ilə Almaniya arasında ciddi böhran başlayacaq.

Angela Merkel Tayyib Ərdoğan - Sputnik Azərbaycan
SİYASƏT
Almaniya keçmiş müttəfiqinə "arxadan zərbə" hazırlayır

Sputnik haber3-ə istinadla xəbər verir ki, 2005-ci ildə Almaniya Federal Məclisində buna bənzər bir təklif qəbul edilmiş, ancaq Ermənistan-Türkiyə dialoqunun zədələnməməsi üçün "soyqırımı" anlayışı istifadə edilməmişdi.

Layihənin təsdiqlənəcəyi təqdirdə, ilk olaraq Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunun Ankaraya çağırılacağı bildirilir. Almaniyanın Ankaradakı səfiri Martin Erdmanın Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq, nota təqdim olunacağı da gündəmə gələ bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsvermədən öncə Almaniyanın Baş naziri Angela Merkellə telefonla danışıb. Ərdoğan Almaniyanın "sağlam düşüncəli yanaşma" nümayiş etdirməli olduğunu deyib.

© REUTERS / Hannibal HanschkeNümayişə təxminən 10 min adam qatılıb
Nümayişə təxminən 10 min adam qatılıb - Sputnik Azərbaycan
Nümayişə təxminən 10 min adam qatılıb

Bu səhər hava limanında açıqlama verən Türkiyənin Baş nazir Binali Yıldırım da məsələyə toxunub. O, layihənin qəbul ediləcəyi təqdirdə Almaniya ilə əlaqələrin zədələnəcəyini, amma bunun olmasını istəmədiklərini söyləyib.

Qeyd edək ki, bu gün Almaniya Federal Məclisində qondarma "erməni soyqırımı" qərar layihəsinin səsverməsi keçiriləcək. Xristian Birlik Partiyası və Sosial Demokrat Partiyasının millət vəkillərinin böyük əksəriyyətinin layihəyə "hə" deyəcəyi proqnozlaşdırılır. Məclisdəki səsvermədə baş nazir Angela Merkel, baş nazir müavini Sigmar Gabriel və xarici işlər naziri Frank-Valter Ştaynmayerin iştirak etməyəcəyi gözlənilir.

Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
TƏHLİL
Almaniya qondarma "erməni soyqırımı"nı tanıyarsa...

Almaniyada yaşayan minlərlə türk Federal Məclisdə (Bundestaq) bu gün 1915-ci il hadisələrinin "soyqırım" kimi ifadə olunması və səsverməyə çıxarılmasına etiraz olaraq küçələrə axışıb. Berlində etiraz aksiyası başlayıb. Türk-Alman Həmrəylik Platforması tərəfindən Bundestaqa 100 metr məsafədə olan tarixi Brandenburq Qapısı qarşısında təşkil edilən nümayişə təxminən 10 min adam qatılıb.

Nümayişdə Türkiyə, Almaniya və Azərbaycan bayraqları ilə yanaşı, "Tarix tarixçilərə buraxılmalı", "Bundestaq, Avropa hüququna hörmət göstər", "Soyqırım yalanına xeyr", "Parlamentlər səlahiyyətli deyil", "Şəhidlər ölməz vətən bölünməz" yazılı plakatlar qaldırılıb, şüarlar səsləndirilib.

Xəbər lenti
0