Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı atlet: “Özümü Olimpiadada ilk üçlükdə görürəm”

© Photo : baku2015.comAtlet Nazim Babayev
Atlet Nazim Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
2015-ci ilin gənclər arasında yüngül atletika üzrə dünya lideri planları barədə Sputnik-ə danışıb.

BAKI, 27 may — Sputnik. İdman ölkəni dünyaya tanıdan sahələrdən biridir. Himnin səslənməsi, bayrağın dalğalanması böyük idman siyasətidir. Bu baxımdan Azərbaycanı dünyada kifayət qədər tanıdan atlet Nazim Babayev Sputnik-in əməkdaşının suallarını cavablandırıb. 18 yaşlı Olimpiadaya lisenziya qazanmış idmançının müsahibəsini təqdim edirik.

- Bilirik ki, əvvəlcə futbolu sevmisiniz, amma sonradan atletikanı seçmişiniz. Niyə?

— Uşaq yaşlarından futbola həvəsim olub. 6 yaşım olanda futbola yazılmalı idim. Amma fiziki zəif olduğumdan məni futbola götürmədilər, məsləhət gördülər ki, yüngül atletika ilə məşğul olub fiziki cəhətdən gücləndikdən sonra futbola gəlim. İlk gündən, yəni 2004-cü ildən bu günə kimi məşqçim Xəlfəyev Ziyadla atletika məşqlərini davam etdirirəm. 

- Atletikaya sevgi yarandı və siz futboldan imtina elədiniz, yoxsa uğurlarınız sizi bu idman növündə qalmağa məcbur edib?

— Məşqçim yönləndirdi və həvəsləndirdi, eyni zamanda məndə istedad gördüyündən bu idman növündə qalmağımı məsləhət gördü. O ki qaldı futbola, məhəllə futbolunu çox oynayırdım. Peşəkar atletikaya gələndən sonra atlet üçün futbol oynamağın təhlükəli olduğunu anlayıb oynamağı dayandırdım. Hal-hazırda futbola yalnız baxmaqla kifayətlənirəm.  

- Olimpiadaya kimi hansı uğurların olub?

— 2012-ci ildən beynəlxalq oyunlara başlamışam. Üç təkanla tullanma  növü üzrə Asiya oyunlarının gümüş mükafatını qazandım. 2013-cü ildə Yeniyetmələrin Avropa Olimpiya festivalının qalibi oldum. 2014-cü ildə Çində keçirilən Yeniyetmələrin Olimpiya oyunlarında bürünc medal qazandım. 2015-ci Avropa oyunlarında öz hesabımda birinci oldum. 2015-ci ilin iyul ayında Gənclərin Avropa çempionatının qalibi oldum. 30 illik Avropa çempionatının rekordunu qırdım və Olimpiadaya lisenziya qazandım. 16,93 sm üç təkanla tullanmada rekord idi, mən 17,04 sm ilə rekordu təzələdim. 2015-ci ildə gənclər üzrə dünya reytinqinin lideri olmuşam.

- Etiraf edək ki, məhz bu idman növü ilə məşğul olan azərbaycanlı idmançılar azdır. Digər millətlərdən olan idmançıları zallarda daha çox görmək  mümkündür. Səbəb?

— Əvvəllər üç təkanda 8-10 idmançı yarışırdısa, Avropa oyunlarından sonra bu rəqəm artıb. Hətta əvvəlki illərə baxanda 2-3 dəfə artıb. Amma azərbaycanlı qızlar mentalitetə görə yalnız 9-10-cu sinifə kimi gəlirlər. Amma digər millətdən olan qızlarda bu problem olmur və onlar davam edirlər.  

- Bu idman növündə zədələr var?

— Bəli. Keçən ilin avqust və oktyabr aylarında dizlərimdən aldığım zədə məşqi dayanmağıma səbəb olmuşdu. Hal-hazırda zədəm düzəlib. Tam sürətlə Olimpiadaya hazırlıq işləri gedir. 

- Səmimi olaq. Olimpiadadan nə gözləyirsiniz?

— İlk Olimpiadamdır. 18 yaşımda çıxış etməyin özü uğurdur. Ən azı medallar uğrunda mübarizə aparacağam. İlk üçlukdə özümü görürəm. 

Xəbər lenti
0