BAKI, 23 may — Sputnik. 1040-cı il mayın 23-də Sultan Toğrul bəyin başçılıq etdiyi Səlcuq ordusu Dandənəkan yaxınlığında Qəznəvilər dövlətinin qoşunlarını məğlub edib.
1038-ci ildə paytaxtı Nişapur şəhəri olmaqla əsası qoyulan Səlcuq dövləti bu döyüşdən sonra güclü imperatorluğa çevrilməyə başlayıb.
1043-cü ildə dövlətin paytaxtı Tehran yaxınlığındakı Rey şəhərinə köçürülüb, 1048-ci ildə Səlcuq ordusu Bizans imperatorluğu, erməni və gürcü feodallarının birləşmiş qoşunlarını məğlub edib. 1050-60-cı illərdə Səlcuq imperatorluğu indiki İran və İraqın böyük hissəsini, Cənubi Qafqazı əhatə edirdi.
Bu döyüşlə tarixin sonrakı 1000 illik gedişi dəyişdi və oğuz türkləri Kiçik Asiyanın bütün simasını dəyişdilər.