Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Amerika təyyarələrinə "yaşıl işıq" yandırdı

© onedio.com"American Airlines" şirkətinin təyyarəsi
American Airlines şirkətinin təyyarəsi - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
"Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib

BAKI, 17 may — Sputnik. Parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Sputnik xəbər verir ki, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Milli Məclis - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı oldu

Sazişə görə hər bir tərəf digər tərəfin aviasiya şirkətlərinin beynəlxalq hava daşımalarını yerinə yetirmələri üçün həmin tərəfə bir sıra hüquqlar verir. Öz ərazisi üzərindən yerə enmədən uçub keçmək, qeyri-kommersiya məqsədləri ilə öz ərazisində dayanmaq və digər hüquqlar verilir.

Tərəflər mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsi hallarına və belə hava gəmilərinin, onların sərnişinlərinin və ekipajının, həmçinin hava limanlarının və aeronaviqasiya qurğularının təhlükəsizliyinə qarşı yönəldilən digər qanunsuz hərəkətlərin, habelə mülki aeronaviqasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhdidin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün zəruri yardımı göstərəcəklər.

Sazişin 8-ci maddəsində göstərilir ki, hər bir tərəfin aviasiya şirkətləri hava daşımalarının təşviq olunmasının və satışının həyata keçirilməsi üçün digər tərəfin ərazisində ofislər yaratmaq hüququna malik olacaq. 12-ci maddədə isə deyilir ki, hər bir tərəf bazardakı kommersiya hesablamalarına əsasən, hər iki tərəfin aviasiya şirkətləri tərəfindən hava daşımaları üçün qiymətlərin müəyyən edilməsinə imkan yaradacaq.

Bu Sazişdə hər iki tərəfin yazılı razılığı əsasında dəyişiklik edilə bilər. Bu Saziş və ona edilən bütün dəyişikliklər Beynəlxalq Mülki Aviasiya Təşkilatında qeydiyyata alınacaq. Saziş haqqında məlumat verən millət vəkili Ziyad Səmədzadə qeyd edib ki, Saziş iki ölkə arasında hava məkanında imkanları artırmağa, bazarda aviasiya şirkətləri arasında sağlam rəqabət yaratmağa imkan verir. Müzakirələrdən sonra Saziş səsə qoyularaq təsdiq olunub.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала