Bakının simasını dəyişdirmiş adam

© Photo : Public DomainƏliş Ləmbəranski— Azərbaycanın tanınmış dövlət xadimi
Əliş Ləmbəranski— Azərbaycanın tanınmış dövlət xadimi - Sputnik Azərbaycan
Abunə olmaq
Hər kəsin nostalji ilə xatırladığı "70-ci illər Bakısı"nın müəllifi Əliş Ləmbəranski 102 il əvvəl anadan olub.

BAKI, 10 may — Sputnik. Görkəmli ictimai və dövlət xadimi, Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Şuşa qəzasının Ləmbəran kəndində anadan olub.

M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib.

Bakıdakı bir çox mühüm tikinti obyektlərinin ucaldılmasında onun böyük əməyi olub.

"Bağırov körpüsü", "Dövlət sirki", "Respublika" sarayı, Qaqarin körpüsü, Məişət Kondisionerləri zavodu, Opera və Balet Teatrının bərpası, Yeni Bakı Neftayırma zavodu, Musiqili Komediya Teatrı və s. sənaye və mədəniyyət ocaqları onun rəhbərliyi ilə tikilib.

Əliş Ləmbəranski bir çox orden və medallarla təltif edilib.

SSRİ dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar mühəndisidir.

O, 1999-cu ildə Bakıda vəfat edib.

Əliş Ləmbəranski haqqında “İthaf” adlı sənədli film çəkilib. Rejissoru Ziya Şıxlinskidir. Filmin Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) premyerası olub.

Xəbər lenti
0