CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gündüz quraqlıq, gecə yağış gözlənilir

© earth-chronicles.ruİqlim dəyişikliyi
İqlim dəyişikliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah paytaxt və yarımadada gündüz cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq.

BAKI, 5 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Qışın son günlərində havaların mülayim keçməsi bəzi meyvə ağaclarının vaxtından əvvəl çiçək açmasına səbəb olub - Sputnik Azərbaycan
CƏMİYYƏT
Anomal iqlim şəraiti məhsuldarlığa zərbə vurur

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada gündüz cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 6-da hava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 14-19 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə: Mayın 6-8-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti
0