BAKI, 4 may — Sputnik. İsrail dövlətinə NATO-nun Brüsseldəki mənzil-qərargahında nümayəndəlik açmağa icazə verilib. Sputnik Türkiyənin "Sözcü" qəzetinə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu NATO rəhbərliyinin bu addımını alqışlayaraq, bu qərarın ölkəsinin təhlükəsizliyinə töhfə verəcəyini bildirib.
İsrailin Avropa İttifaqındakı səfiri David Veltser qeyd edib ki, Türkiyə İsrailin, NATO-nun təlim və əməliyyatlarında iştirakına tətbiq etdiyi vetonu ləğv edib. Məlumata əsasən, İordaniya və Bəhreynin də NATO-nun mənzil-qərargahında nümayəndəliyi var.
Məlumatda o da vurğulanıb ki, yəhudi hökuməti NATO-dan hələlik rəsmi təsdiq almayıb.