CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxta yaxınlaşırlar, darvazaları bağlayın!

© Sputnik / Anar MustafayevBakı şəhərinə giriş. Arxiv şəkli
Bakı şəhərinə giriş. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rayon qeydiyyatı olan avtomobillərin şəhərə girişinə qadağa tətbiq olunması vətəndaşların kütləvi narazılığına səbəb olub. İş o yerə çatıb ki, artıq bir gürcünün Bakıya daxil olması daha rahatdır, nəinki hansısa Quba sakininin...

BAKI, 4 may — Sputnik. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, artıq iki gündür ki, rayon qeydiyyatında olan yük və minik avtomobillərinin paytaxta buraxılış saatları dəyişib. Sputnik Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, yük və rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılmasına dair qrafikdə dəyişiklik edilib.

Bibiheybət yolu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rayon qeydiyyatında olan avtomobillərinin Bakıya buraxılış saatları dəyişir

Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq. Yük və rayon qeydiyyatında olan minik avtomobilləri saat 21:00-dan 7:30-a qədər şəhərə daxil ola bilər. Əvvəlki qaydaya görə isə, yük və rayon qeydiyyatında olan minik avtomobilləri 07:00-dan 22:00-dək paytaxta buraxılmırdı.

"Əsas şikayətçi olanlar yaşlı insanlardır"

Hökumət saat dəyişikliyinə səbəb kimi, vətəndaşların çoxsaylı müraciətlərini əsas gətirir. Lakin paytaxta girəcəklərdə apardığımız sorğu və çəkiliş zamanı bəlli oldu ki, insanlar ümumiyyətlə qadağanın tam əleyhinədir.

© Sputnik / Fuad HasanovArtıq iki gündür ki, rayon qeydiyyatında olan yük və minik avtomobillərinin paytaxta buraxılış saatları dəyişib.
Artıq iki gündür ki, rayon qeydiyyatında olan yük və minik avtomobillərinin paytaxta buraxılış saatları dəyişib - Sputnik Azərbaycan
1/4
Artıq iki gündür ki, rayon qeydiyyatında olan yük və minik avtomobillərinin paytaxta buraxılış saatları dəyişib.
© Sputnik / Fuad HasanovRayon avtomobilləri üçün yaradılan dayanacaqlardan biri də Lökbatanda yerləşir.
Rayon avtomobilləri üçün yaradılan dayanacaqlardan biri də Lökbatanda yerləşir - Sputnik Azərbaycan
2/4
Rayon avtomobilləri üçün yaradılan dayanacaqlardan biri də Lökbatanda yerləşir.
© Sputnik / Fuad HasanovMaşınını burda saxlayıb şəhərə gedənlərin çoxu cavanlardır.
Maşınını burda saxlayıb şəhərə gedənlərin çoxu cavanlardır - Sputnik Azərbaycan
3/4
Maşınını burda saxlayıb şəhərə gedənlərin çoxu cavanlardır.
© Sputnik / Fuad Hasanovİnsanların şəhərə gedə bilməsi üçün ərazidə nə taksi, nə də avtobus var.
İnsanların şəhərə gedə bilməsi üçün ərazidə nə taksi, nə də avtobus var - Sputnik Azərbaycan
4/4
İnsanların şəhərə gedə bilməsi üçün ərazidə nə taksi, nə də avtobus var.
1/4
Artıq iki gündür ki, rayon qeydiyyatında olan yük və minik avtomobillərinin paytaxta buraxılış saatları dəyişib.
2/4
Rayon avtomobilləri üçün yaradılan dayanacaqlardan biri də Lökbatanda yerləşir.
3/4
Maşınını burda saxlayıb şəhərə gedənlərin çoxu cavanlardır.
4/4
İnsanların şəhərə gedə bilməsi üçün ərazidə nə taksi, nə də avtobus var.

Rayon avtomobilləri üçün yaradılan dayanacaqlardan biri Lökbatan qəsəbəsi ərazisində, əsas yolun kənarında yerləşir. Bölgə qeydiyyatı olan maşınlar üçün ayrılan dayanacaqda elə də sıxlıq müşahidə olunmurdu. Ərazidə təxminən 70-ə yaxın avtomobil var idi. Halbuki, paytaxta axının çox olduğunu hər kəs bilir.

Dayanacağa nəzarət edən Zabil Kərimovdan bunun səbəbini soruşduq. Z.Kərimov Sputnik-ə bildirdi ki, maşınını burda saxlayıb şəhərə gedənlərin çoxu cavanlardır: "Rayondan gələn cavan uşaqlar, icazə üçün o qədər də israr etmirlər. Çünki bilirlər ki, faydası yoxdur. Odur ki, avtomobillərini park edib, ya taksi ilə, ya da avtobusa minib gedirlər".

"Əsas şikayətçilər və israr edənlər yaşlı təbəqədir. Onları qınamıram. Yaş öz sözünü deyir. Çoxu avtobusu götürə bilmir. Çoxunun da taksiyə verməyə əlavə pulu yoxdur. İcazə istəyirlər, verməyəndə məcbur geriyə qayıdırlar", — nəzarətçi əlavə edib.

"Bakı İstanbuldan, Moskvadan dahamı sıxdır?"

Maraqlıdır ki, insanların şəhərə gedə bilməsi üçün ərazidə nə taksi, nə də avtobus var. Həqiqətən də, mövcud durumdan daha çox yaşlılar narazıdırlar. Şəkili Abbas Həsənov kimi.

68 yaşı olduğunu deyən A. Həsənov, 2 saatdır yol polisinə onu Bakıya buraxması üçün yalvar-yaxır elədiyini söyləyir: "Mən o polisləri çox da qınamıram. Çünki onlara belə əmr edilib. Mən kresloda əyləşib öz millətinə zülm edən məmurları qınayıram".

"Dünyanın harasında bu cür qeyri-insani qərarlar verilir? Bakı İstanbuldan, Moskvadan dahamı sıxdır? O şəhərlərdə dəfələrlə olmuşam, əgər həmin ölkələrdə belə qanunlar çıxarılsa, xalq o dəqiqə ayağa qalxar", — narazı vətəndaş əlavə edib.

"Tutaq ki, kiminsə xəstəsi var…"

Məsələni Sputnik-ə şərh edən tanınmış hüquqşünas Əvəz Həsənov, problemə hüquqi izahat verməkdə çətinlik çəkdiyini deyib: "Aydın məsələdir ki, hökumət paytaxtdakı tıxacın qarşısını almaq üçün bu cür qərarlar verir. Ona görə tam demək olmaz ki, dövlət haqlıdır, yoxsa haqsız. Ancaq mən sizə xarici dövlətlərdə bu işin necə görüldüyü barədə qısa izahat vermək istərdim. Bir çox inkişaf etmiş Qərb dövlətlərində tək və cüt nömrə nişanlı avtomobillər həftənin günlərinə bölünür və girişinə elə icazə verilir".

© Photo : kulis.azАваз Гасанов, юрист
Аваз Гасанов, юрист - Sputnik Azərbaycan
Аваз Гасанов, юрист

Hüquqşünasın sözlərinə görə, bir neçə rayon var ki, həmin yerlərin insanları Bakı ilə sıx bağlıdır: "Ona görə də mən bu qadağanın bütün rayonlara şamil edilməsinin əleyhinəyəm. Ayrıca, tutaq ki, kiminsə xəstəsi var, xəstəxanaya getməlidir. Saat neçəni gözləməlidir ki, şəhərə girsin?! Ümumiyyətlə, hökumət bu qərarı ölçüb-biçmədən verdi. İnsanların hansı əziyyəti çəkdiklərini dərk eləmək istəmirlər".

Ə.Həsənov, rayon qeydiyyatlı avtomobillər üçün tikilən dayanacaqlar barədə isə maraqlı bir fakta toxunub: "Postu tikib içinə də 2-3 nəfər yol polisi qoyublar. Onlar da avtomobilləri saxlayıb içəri soxurlar. Mən o yoldan tez-tez keçib gəlirəm. Orda nə taksi görürəm, nə də avtobusların intensiv hərəkətini. Sual vermək lazımdır: qadağaya tuş gələn rayon camaatı şəhərə necə gəlməlidir?".

Xəbər lenti
0