BAKI, 3 may — Sputnik. 3 may dünyada “Beynəlxalq söz və mətbuat azadlığı günü” (World Press Freedom Day) kimi qeyd olunur.
1991-ci il mayın 3-də dünya jurnalistlərinin Namibiyanın paytaxtı Vindhukda keçirilən regional seminarında qəbul olunmuş dünya hökumətlərinə müraciət — “Vindhuk Bəyannaməsi” ilə əsası qoyulub. 1993-cü ildə BMT Baş Assambleyası tərəfindən rəsmi gün kimi təsis edilib.