Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bütün ölkələrin proletarları birləşin

© AP PhotoВладимир Ильич Ленин в 1918 году
Владимир Ильич Ленин в 1918 году - Sputnik Azərbaycan
Abunə olmaq
Proletariatın lideri Vladimir İliç Leninin anadan olmasından 146 il keçir.

BAKI, 22 apr — Sputnik. Rusiya inqilabçısı, publisist, SSRİ-nin qurucusu Vladimir İliç Ulyanov (Lenin) 1870-ci il aprelin 22-də anadan olub. 

Vladimir Simbirskdə xalq məktəbi inspektorunun – İlya Nikolayeviç Ulyanovun (1831-1886) ailəsində anadan olub. 

Vladimirin böyük qardaşı 1887-ci ildə III Aleksandra qarşı "narodovolçuluq"da ittiham olunub edam edilib. Bəzi tarixçilərin yazılarına əsasən Lenin məhz bu hadisədən sonra tarixi-sirli frazasını işlədib – "Başqa cür hərəkət etmək lazımdır!".

1888-ci ilin payızında Lenin Kazanda N.E.Fedosyev tərəfindən təşkil olunmuş marksist dərnəklərin birinə üzv olub. Burada K.Marksın, F.Engelsin və Q.V.Plexanovun əsərləri müzakirə olunurdu. Marksın və Engelsin əsərləri Leninin dünya görüşünün formalaşmasında mühüm rol oynayıb.

1889-cu idə Lenin Sankt-Peterburq Universitetində imtahanlardan keçir. Buranı qurtardıqda sonra proletarların hüquqlarını müdafiə edən vəkil kimi fəaliyyət göstərib.

1895-ci ildə Peterburqda Vladmirigil "İşçi Sinifin Azadlığı Uğrunuda Mübarizə İttifaqı" adlı cəmiyyət formalaşdırırlar. "Mübarizə İttifaqı" fəhlələr arasında aktiv təşviqat işləri ilə məşğul idilər. 

1895-ci ilin dekabrında Lenin tutulur və Yenisen quberniyasının Şuşenskoe kəndinə 3-il müdətinə sürgün olunur. Burada 1898-ci ilin iyulunda Lenin N.K.Krupskaya ilə evlənir, türmədə olduğu müddətdə yazdığı materiallar əsasında "Rusiyada Kapitalizmin inkişafı" adlı kitab yazır, bir neçə məqaləni tərcümə edir və onlar üzərində işləyir. 

1900-cu ildə Leninin sürgünlük müddəti bitdi. Elə həmin il o, Rusiyanı tərk etdi. Mühacirətdə olduğu müddətdə marksizmi təbliğ edən "İskra" ("Qığılcım") qəzetinin əsasını qoyub.

1901-ci ilin dekabrında bu qəzetdə o, Lenin ləqəbi (onun həmçinin V.İlin, V.Frey, İ.Petrov, K.Tulin, Karpov və b. ləqəbləri olmuşdur) ilə öz ilkin məqalələrindən birini nəşr etdirdi. 1902-ci ildə yazdığı "Nə etməli? Hərakatımızın ağrılı sualları" işində o, öz mərkəzləşmiş təşkilat ("Bizə inqilabçıların təşkilatını verin və biz Rusiyanı çevirək!") konsepsiyası ilə çıxış edib.

1903-cü ilin 17 iyulundan 10 avqusta kimi Cenevrə, Brüssel və Londonda Rusiya Sosial Demokrat Fəhlə Partiyasının II qurultayı keçirildi. 

Qurultaydan çox öncə Lenin partiyanın nizamnaməsini yazmış, qurultayın fəaliyyət planını hazırlamışdı. Plexanovun iştirakı ilə Lenin partiyanın proqramı proyektini də hazırlamışdı. Proqramda partiyanın yaxın gələcəyə olan məqsədləri öz əksini tapmışdı: çarizmin devrilməsi, demokratik respublikanın qurulması, kənddə təhkimçiliyin qalıqlarını aradan qaldırmaq, kəndlilərə torpaqların qaytarılması, 8-saatlıq iş rejimi, millətlərin bərabərhüquqluğunun yaradılması. İşçi hərəkatının qarşısında son məqsəd kimi tamamilə yeni bir cəmiyyətin – sosializm cəmiyyətinin qurulması qoyulmuşdu. Ona çatmaq üçün vasitə – sosialist inqilab və proletariat diktaturası olmalı idi.

Qurultay açılan kimi partiyanın müxətlif cinsli olduğu ortaya çıxdı. Lenin proletariat diktaturasını sərt şəkildə qoymuşdu və mövqeyini müdafiə edirdi. Bu polemikadan Lenin qalib çıxsada partiya iki fraksiyaya – Lenin başda olmaqla "Bolşeviklər" və Martınov başda olmaqla"Menşeviklər"ə parçalandı.

1905-1907-ci illər inqilabı Lenini İsveçrədə haqladı. 1905-ci ilin aprel ayında Londonda RSDFP-nin III qurultayında Lenin inqilabın əsas vəzifəsi kimi Rusiyada mütləqiyyətin və təhkimçiliyin aradan qaldırılmasını müəyyənləşdirdi. Leninin nöqteyi-nəzərini bəyənən qurultay iştirakçıları partiyanın taktikasını üəyyənləşdirdi: tətillərin təşkili, nümayişlər, silahlı üsyanların hazırlanması.

1917-ci il Rusiyada fevral inqilabından sonra Almaniya höküməti Leninə və bir qrup partiya silahdaşı ilə birlikdə İsveçrədən çıxıb Almaniya vasitəsi ilə keçməsinə icazə verdi.

Lenin Rusiyaya 3 aprel 1917-ci ildə çatdı. Növbəti gün, 4 apreldə Lenin bolşeviklər qarşısında məruzə ilə çıxış etdi. Bu çıxış tarixə "Aprel tezisləri" kimi düşdü və burada burjua-demokratik inqilabından fəhlə, sosialist inqilabına keçid haqqında öz fikirlərini ifadə etdi. RSDFP (B)-nın idarə etməsini öz üzərinə götürən Lenin bu planı reallaşdırır. 1917-ci ilin aprelindən iyulunadək 170-dən çox məqalə, büroşura, partiyanın MK və bolşevik konferensiyalarının qətnamələrini, çağrışlar yazmışdır. Müvəqqəti hökümət tərəfindən Petroqradda keçirilən 5-7 iyul dinc nümayişinin güllə-baranından sonra ölkədə ikihakimiyyətliliyə son qoyuldu. Bolşeviklər Lenin başda olmaqla hökümətlə açıq mübarizəyə qalxırlar və yeni inqilab hazırlayırlar.

20 iyulda Müvəqqəti hökümət Lenini həbsi haqqında əmr verdi. O, bir müddət Petroqradda daha sonralar 21 avqusta kimi Petroqraddan bir az aralıda – Razliv gölü ətrafında, oktyabrın əvvəllərinədək isə Finlandiyada gizlənməli oldu.

24 oktyabr 1917-ci il Lenin Smolnıya gəlir və o vaxt kı, Petroqrad şurasının sədri L.D. Trotskiy ilə birlikdə inqilabi oyanışın bir-başa rəhbərliyi ilə məşğul olmağa başladı. A.F.Kerenskini hakimiyyətdən devirmək üçün 2-gün lazım oldu. Noyabrın 7-də Lenin müvəqqəti hökümətin devrilməsi haqqında müraciət imzaladı. Elə həmin gün keçirilmiş Sovetlərin II Ümumrusiya qurultayında sülh, torpaq və kəndli-fəhlə dövlətinin- başda Lenin olmaqla Xalq Kommisarları Şurasının qurulması haqqında Lenin dekretini qəbul etdi.

5 yanvar 1918-ci ildə Müəssələr Məclisi açıldı. Müəssislər Məclisində çoxluğu eserlər tutdu. Lenin solçu eserlərin köməyi ilə Müəssələr Məclisini seçim qarşısında qoydu: Sovet hökümətini və onun qəbul etdiyi dekretləri tanımaq və ya özünü buraxmaq. Rusiya o zamanlar əhalisinin 90%-i kəndçi olan aqrar bir ölkə idi. Eserlər onların siyasi əqidələrini müdafiə edirdi. Müəssislər Məclisi özünü buraxdı. Hakimiyyət bolşeviklərin əlində cəm oldu.

Solçu kommunistlərin və L.D.Trotskinin etirazına baxmayaraq Lenin Almaniya ilə 3 martda Brest sülh müqaviləsini imzalamağa müvəffəq oldu. 1918-ci il 30 avqustda Leninə, onun ağır yaralanması ilə nəticələnən sui-qəsdə cəhd oldu.

1921-ci ildə RKP(B) 10-cu qurultayında o, "hərbi kommunizm" siyasətindən yeni iqtisadi siyasətə keçidi vəzifə kimi qarşıya qoydu. Lenin ölkədə ateist dünya görüşünün və təkpartiyalı sistemin əsasını qoyub. Beləliklə Lenin dünyada ilk sosialist dövlətin əsasını qoyub.

Tezliklə Leninə qarşı olan sui-qəsd özünü göstərdi. Lenin 21 yanvar 1924-cü ildə saat 6-50 də Moskva ətrafı mülk olan Qorkidə vəfat etdi. 23 yanvarda Leninin cəsədi Moskvaya gətirildi. Rəsmi vida mərasimi 5 gün gecə gündüz davam etdib. 27 yanvarda Leninin balzamlanmış cəsədi arxitektor A.V. Şusevin inşa etdiyi Mavzoleyə qoyulub.

Xəbər lenti
0