8-ci kilometrdə dəhşətli qəza baş verib

© Photo : APAQəzaya uğramış avtobuslar
Qəzaya uğramış avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
İki avtobus toqquşdu, piyada öldü, sərnişinlər yaralandı.

BAKI, 8 aprel-Sputnik. Bakıda ölüm və yaralananlar faktının qeydə alındığı avtobus qəzası baş verib.

Sputnik-ə daxil olan məlumata görə, qəza Nizami rayonu ərazisindəki 8-ci kilometr bazarının yanında, "Diqlas" ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Hadisə 103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində baş verib.

Nizami Rayon Polis İdarəsi ölənin piyada olduğunu bildirib.
Qəza baş verən anda piyada yolu keçirmiş.

Həlak olan adamın şəxsiyyəti hələlik müəyyənləşməyib.

Polis qəza zamanı 10 nəfərin yaralandığını bildirib. Hadisə yerinə təcili tibbi yardım xıdməti cəlb edilib.

Qəzanın törəmə səbəbləri araşdırılır.

Xəbər lenti
0