FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Tərtərin Azad Qaraqoyunlu kənd sakininin dağıdılmış evi

Abunə olmaq
Sputnik Azərbaycan-ın hadisə yerindən xəbər verən müxbirinin sözlərinə görə, cəbhə xətti yaxınlığındakı yaşayış məntəqələrinin erməni hərbçiləri tərəfindən atəşə tutulmasına baxmayaraq, sakinlər öz evlərini tərk etmirlər.

Aprelin 2-də Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini Mirzə Rəhimovun evinə mərmi düşüb. Xoşbəxtlikdən, hadisə vaxtı evdə heç kim olmayıb. Nəticədə ev yararsız hala düşüb – mərmi parçaları ətrafa səpələnib.

Cəbhə xətti yaxınlığındakı yaşayış məntəqələrinin ataşə tutulmasına baxmayaraq, sakinlər evlərini tərk etmirlər.

“Əksinə, hər birimiz ordumuza dəstək olmağa hazırıq. Biz öz evimizdə, öz kəndimizdəyik”, – deyə ev yiyəsi Rəhimov bildirib.

Şənbə günü, aprelin 2-də Qarabağ münaqişəsi bölgəsində növbəti dəfə atəş səsləri eşidilib.

Bakıda atəşkəsin Ermənistan silahlı qüvvələri tərəfindən pozulduğu bildirilib. Rəsmi Yerevanda isə Azərbaycan ordusunun “hücuma keçməsindən” danışırlar.

Bazar günü, aprelin 3-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri beynəlxalq təşkilatların müraciətlərini və dövlətin apardığı sülhsevər siyasəti nəzərə alaraq birtərəfli qaydada cavab tədbirlərinin dayandırmaq və azad edilmiş ərazilərdə mövqeləri möhkəmləndirmək barədə qərar qəbul edib.

Çərşənbə axşamı, aprelin 5-i saat 12:00-da Azərbaycanın işğal olunmuş ərazilərində hər iki tərəfin razılığı əsasında hərbi əməliyyatlar dayandırılıb.

© Sputnik / Murad OrujovTərtər rayonunun Azad Qaraqoyunlu kəndi.
Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi - Sputnik Azərbaycan
1/8
Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi.
© Sputnik / Murad OrujovAtılardan mərmilərdən biri də kənd sakini Mirzə Rəhimovun evinə düşüb.
Atılardan mərmilərdən biri də kənd sakini Mirzə Rəhimovun evinə düşüb - Sputnik Azərbaycan
2/8
Atılardan mərmilərdən biri də kənd sakini Mirzə Rəhimovun evinə düşüb.
© Sputnik / Murad OrujovAtəşə məruz qalmış evin sahibi Mirzə Rəhimov.
Atəşə məruz qalmış evin sahibi Mirzə Rəhimov - Sputnik Azərbaycan
3/8
Atəşə məruz qalmış evin sahibi Mirzə Rəhimov.
© Sputnik / Murad OrujovMərminin uçurduğu tavan.
Mərminin uçurduğu tavan - Sputnik Azərbaycan
4/8
Mərminin uçurduğu tavan.
© Sputnik / Murad OrujovEvin həyətyanı sahəsi.
Evin həyətyanı sahəsi - Sputnik Azərbaycan
5/8
Evin həyətyanı sahəsi.
© Sputnik / Murad OrujovRəhimovlar ailəsi evlərinin dağıntıları arasında.
Rəhimovlar ailəsi evlərinin dağıntıları arasında - Sputnik Azərbaycan
6/8
Rəhimovlar ailəsi evlərinin dağıntıları arasında.
© Sputnik / Murad OrujovYaşayış məntəqələrinin vaxtaşırı atəşə məruz qalmasına baxmayaraq, sakinlər öz evlərini tərk etmirlər.
Yaşayış məntəqələrinin vaxtaşırı atəşə məruz qalmasına baxmayaraq, sakinlər öz evlərini tərk etmirlər - Sputnik Azərbaycan
7/8
Yaşayış məntəqələrinin vaxtaşırı atəşə məruz qalmasına baxmayaraq, sakinlər öz evlərini tərk etmirlər.
© Sputnik / Murad OrujovEvin divarındakı artilleriya atəşinin izləri.
Evin divarındakı artilleriya atəşinin izləri - Sputnik Azərbaycan
8/8
Evin divarındakı artilleriya atəşinin izləri.
Xəbər lenti
0