Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Asim Mollazadə: Cəbhədə baş verənlər təxribatdır

© REPORTAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: Azərbaycandan ciddi cavab alandan sonra özlərini yığışdıracaqlar.

BAKI, 2 aprel-Sputnik. "Əslində Ermənistanın təxribatı və hərbi təcavüzü heç vaxt dayanmayıb. Bu gün də həmin təxribatı həyata keçirirlər."

Bu fikirləri Qarabağ cəbhəsində dünəndən etibarən yüksələn gərginliyin səbəbini Sputnik-ə şərh edən Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

"Ermənistan və onun arxasında duran qüvvələr bu gün yaxşı anlayırlar ki, artıq Azərbaycan 90-cı illərin əvvəllərindəki kimi deyil. Artıq Azərbaycanın kifayət qədər güclü ordusu var və istənilən təxribat çox ciddi cavab ala bilər. Sadəcə onlar təxribatın davamı olaraq gərginliyi artırırlar amma ordumuzun qüvvələrindən qorxaraq ciddi addımlar atmaqdan çəkinəcəklər." — deyə deputat əlavə edib.

A.Mollazadə deyib ki, "müharibə onsuz da var. Bu gün baş verənlər təxribatdır. Düşünürəm ki, ermənilər ciddi addımlar atmaqdan çəkinəcəklər. Azərbaycandan ciddi cavab alandan sonra özlərini yığışdıracaqlar."

Millət vəkili bu gərginliyin prezident İlham Əliyevin Azərbaycanda olmadığı bir vaxtda baş verməsini belə şərh edib: "Onlar bilirlər ki, prezidentimizin hər dəfəki səfəri Azərbaycanı siyasi arenada daha da güclü edir. Ona görə də erməniləri bu vəziyyət çox ciddi narahat edir və onlar hal-hazırda etirazlarını təxribatlar şəklində, cəbhədə gərginlik yaradaraq bildirirlər. Prezidentin həm Vaşinqtondakı IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı, həm ABŞ prezidenti ilə görüşməsi onları ciddi narahat edir. Doğrudur, Ermənistan prezidenti də sammitdə iştirak edib. Amma nə bir önəmli görüş keçirib, nə də uğurlu nəticə əldə edib. Bu amillər də onların yenidən təxribata can atmalarına səbəb olub."

Xəbər lenti
0