Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"ABŞ bölgəmizdə sülhün təmin olunmasında bizə dəstək verməlidir"

© REPORTAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan
Abunə olmaq
Asim Mollazadə: "İlham Əliyevin Vaşinqton səfəri ikitərəfli münasibətlər və eyni zamanda Azərbaycanın geniş maraqlarını əhatə edən sahələrə yeni təkan verəcək"

“ABŞ bölgəmizdə sülhün təmin olunmasında bizə dəstək verməlidir”
Vaşinqtonda keçirilən nüvə sammitində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarında səfərdə olan prezident İlham Əliyev martın 30-da Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb. Görüş əsnasında onlar bəyanatla çıxış ediblər.
Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
SİYASƏT
Barak Obama İlham Əliyevi ABŞ-a dəvət etdi

"Mən Prezident Əliyevi Dövlət Departamentində qarşılamaqdan məmnunam", —deyə Kerri bildirib: ""Bizim ölkələrimiz arasında ortaq maraqlar var. Biz Azərbaycana Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfələrə görə minnətdarıq".

Azərbaycanın mürəkkəb regionda yerləşdyini önə çəkən Kerri, prezident İlham Əliyevə Cənub Qaz Dəhlizi layihəsində sərgilədiyi liderliyə görə təşəkkür edib. ABŞ rəsmisi bu dəhlizin Avropanın enerji təchizatında önəmli rol oynadığını bildirib.

Prezident İlham ƏIliyev isə ölkələr arasında yaxın və mehriban münasibətlər olduğunu vurğulayıb: "Bizim aramızdakı iqtisadi əməkdaşlıq inkişaf edir. ABŞ şirkətləri Azərbaycana 10 milyard dollardan çox investisisya qoyub".

Daha sonra İ. Əliyev ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında uzun zamandan bəri davam edən münaqişənin həllində göstərdiyi səylərə görə öz minnətdarlığını bildirib: "Biz hesab edirik ki, bu konflikt erməni qüvvələrininin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri əsasında həll edilməlidir".

Prezidentin ABŞ səfəri ilə bağlı Sputnik-in suallarını Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə cavablandırıb.

Dünya liderləri Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammitin açılışında, Haaqa. Arxiv şəkli - Sputnik Azərbaycan
Dünya liderləri bir arada: Vaşinqton sammiti başladı

- Prezident İlham Əliyevin 4 illik aradan sonra ABŞ-a səfərinin siyasi əhəmiyyətini necə dəyərləndirmək olar?

— Mənə elə gəlir ki, bu, çox zəruri səfərdir. Prezidentin amerikalı həmkarının dəvəti ilə belə bir mühüm beynəlxalq sammitdə iştirakı Azərbaycanın önəmini xüsusi vurğulayan bir amildir. Prezidentin ABŞ dövlət katibi ilə görüşü zamanı, Amerika-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, eyni zamanda tarixi Amerika-Azərbaycan əməkdaşlığı və ortaq maraqları olduğu vurğulandı. Mənə elə gəlir ki, bu da özlüyündə Azərbaycan-ABŞ münasibətlərinə və münasibətlərin daha da genişlənib inkişaf etməsinə xidmət edir. Bu kimi görüşlər davam edəcək. Təbii ki, bu görüşlər ABŞ qanunvericilik orqanını, tanınmış araşdırma mərkəzlərini də əhatə edəcək. Zənnimcə, bu səfər ikitərəfli münasibətlər və eyni zamanda Azərbaycanın geniş maraqlarını əhatə edən sahələrə də yeni bir təkan verəcək.

İlham Əliyev və Barak Obama - Sputnik Azərbaycan
SİYASƏT
"Obamanın dəvəti bəzi iddiaları alt-üst etdi"

- Bu səfərdən sonra ABŞ-ın Cənubi Qafqazda rolunu Azərbaycanla münasibətləri kontekstindən necə şərh etmək olar? Amerika Azərbaycana və regiona hansı mesajları vermək istəyir?

— Əslində biz istəyirik ki, ABŞ və dünyanın bütün nüfuzlu qüvvələrinin iştirakı ilə Cənubi Qafqazda — geniş bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq yaradılsın. Azərbaycanın həyata keçirdiyi siyasət də buna xidmət edir. Bizim həyata keçirdiyimiz bütün strateji layihələr də əməkdaşlıq, xalqların rifahı və qarşılıqlı maraqlara aiddir. Bizim ən əsas ehtiyacımız olan məsələ məhz stabillik, sülh və təhlükəsizlik məsələləridir. Bu istiqamətdə də biz ABŞ-ın fəallığını gözləyirik. ABŞ bölgəmizdə sülhün, əmin-amanlığın yaradılmasında bizə dəstək verməlidir. Biz regionumuzda hansısa qüvvələrin qarşıdurmasını deyil, bütün qüvvələrin əməkdaşlığına yönəlmiş siyasətin formalaşmasını istəyirik.

Xəbər lenti
0