Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiyməti yenidən ucuzlaşdı

© REUTERS / Shamil ZhumatovNeft
Neft - Sputnik Azərbaycan
Abunə olmaq
"Brent" markalı neft isə 1,02 dollar və ya 2,48% ucuzlaşaraq 40,05 dollar/barelə bərabər olub. 2016-cı ildə neftin orta qiymətinin 43 dollar/barel olacağı gözlənilir.

BAKI, 11 mart — Sputnik. Bu gün dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,45 dollar yaxud 1,18% azalaraq 37,84 dollar/barel təşkil edib.

Sputnik xəbər verir ki, "Brent" markalı neft isə 1,02 dollar və ya 2,48% ucuzlaşaraq 40,05 dollar/barelə bərabər olub. Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 43 dollar/barel olacağı gözlənilir.

Xəbər lenti
0