Ukraynanın sabiq prezidentləri Bakıya gəlirlər

© Sputnik / Александр Макаров / Mediabanka keçidUkraynanın keçmiş prezidenti Leonid Kravçuk
Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk - Sputnik Azərbaycan
Abunə olmaq
Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko Azərbaycana gələcəklər.

BAKI, 26 fev — Sputnik. Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko Bakıya gələcəklər.

Sabiq prezidentlər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunda iştirak edəcəklər.

10-11 mart tarixində Bakı şəhərində keçiriləcək “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forumda nüfuzlu siyasi liderlər münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri, o cümlədən miqrasiya, multikulturalizm, inteqrasiya və digər qlobal əhəmiyyətli məsələləri geniş müzakirə edəcək, bu sahədə mövcud problemlərin həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, L.Kravçuk, L.Kuçma və V.Yuşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləridir. Hər üç sabiq prezident 2015-ci ilin 28-29 aprel tarixlərində Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusunda keçirilmiş III Qlobal Bakı Forumunda da iştirak ediblər.

Xəbər lenti
0