BAKI, 24 fev — Sputnik. Bakıda baş verən avtobus qəzasında ölən və xəsarət alanların kimliyi açıqlanıb.
APA-nın 3 saylı şəhər Klinik Xəstəxanasında olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan 12 nəfər bu xəstəxanaya gətirilib. Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslər aşağıdakılardır:
1994-cü il təvəllüdlü Mirzəzadə Nərmin Cavanşir qızı
1960-cı il təvəllüdlü Səfərov İlqar Bulud oğlu
1983-cü il təvəllüdlü Seyidli Sənubər Mirqədim qızı
1985-ci il təvəllüdlü Qurbanov Zahir Zahid oğlu
1992-ci il təvəllüdlü Nəsirov Vüsal Asif oğlu
1965-ci il təvəllüdlü Zahidov Çingiz Abdul oğlu
1999-cu il təvəllüdlü Quliyev Yusif Xanoğlan
1986-cı il təvəllüdlü Mustafayev Ruslan Babaş
Xəstəxananın həkim-travmotoloqu Ədalət Abdullayev APA-ya bildirib ki, digər 4 nəfərin isə vəziyyəti orta-ağır qiymətləndirilir və onların müalicəsi davam etdirilir. Həmin şəxslər aşağıdakılardır:
1986-cı il təvəllüdlü Səmədov Emil Siyasət oğlu
1961-ci il təvəllüdlü Xəlilova Münəvvər Abdulla qızı
1980-cı il təvəllüdlü Musayev Rafael Məmməd oğlu
1981-ci il təvəllüdlü Ağayev Sadiq Ağayar oğlu
Qəza hadisəsi bu gün səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan marşrut avtobusu işıqforun qırmızı işığında dayanmayıb, hərəkəti davam etdirib. Nəticədə 36 saylı xətt avtobusu və “Nissan” markalı minik avtomobili ilə toqquşub. Nəticədə 62 saylı avtobusun sərnişinlərdən Asif Yusif oğlu Nəsirov hadisə yerində ölüb. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.