BAKI, 22 fev — Sputnik. Bu gecə Gəncədə mənzildən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Sputnik-in nazirliyin saytına istinadən xəbərinə görə, dərhal FHN-in Gəncə regional mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin giriş qapısını açıb və 1941-ci il təvəllüdlü Səfərov Yusif Məhi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:39-da başa çatıb.