Ölkəyə saxta sənədlərlə daxil olmaq istəyən əcnəbilər saxlanıldı

Abunə olmaq
Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” avia­rey­si ilə ölkəmizə gələn Pakistan vətəndaşları saxlanılıblar.

BAKI, 8 fev — Sputnik. Azərbaycanda saxta sənəd­lərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik-ə verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” avia­rey­si ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd pasportlarında saxta Türkiyə vizası və üzəri­lərində yapışdırılmamış saxta Avstraliya vizası aşkarlanaraq saxlanılıblar.

Həmin gün 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycana məxsus saxta elektron viza olduğu üçün saxlanılıb. Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qayta­rıl­ıblar.

Xəbər lenti
0