BAKI, 25 yan — Sputnik. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının rəhbərliyində dəyişiklik olunub.
"APA-Economics"in məlumatına görə, Çingiz Əsədullayev Fondun Himayəçilik Şurasının sədri vəzifəsini tərk edib. Onun yerinə “Unibank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov təyin edilib.
E. Qəribov bu ilin yanvarın 21-dən vəzifəsinin icrasına başlayıb.
Hazırda Fondun Himayəçilik Şurasının sədr müavini İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri Yalçın Əzizovdur.
Bundan başqa, Himayəçilik Şurasında Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov, Mərkəzi Bankın Hüquq departamentinin direktoru Rəna Məlikova, Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət şöbəsinin böyük inspektoru İsi Mustafayev, Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri Ziyəddin Allahverdiyev, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov təmsil olunur.