Bu rəqəmin dünya üzrə göstəricidən yüksək olmasını nəzərə alsaq, həmin müddətin nəyə sərf olunmasını bilmək maraqlı olardı.
Belə ki, göstəricilərə əsasən, ömrümüzün 3 ili tıxacda, 2 ili isə yollarda keçir. Demək, tıxacla bir yerdə yollarda həyatımızın 5 ilini itiririk.
Daha bir maraqlı göstərici sevişmə ilə bağlıdır. Rəqəmlərə görə, orta statistik azərbaycanlı bu işə ömrünün 1 ayını sərf edir.
Həyatımızı vaxt baxımından necə xərclədiyimizlə Sputnik-in tərtib etdiyi infiqrafikada tanış ola bilərsiniz.
Nəzərə almaq lazımdır ki, insan bəzən eyni zamanda bir neçə iş görə bilir.