XİN: Cakartadakı terrorda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

© Photo : MFAAzərbaycan XİN
Azərbaycan XİN - Sputnik Azərbaycan
Abunə olmaq
Hikmət Hacıyev: Azərbaycanın İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar yerli dövlət qurumları ilə təmasdadır.

BAKI, 14 yan — Sputnik. “İndoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur”.

Bu sözləri Sputnik-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycanın İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar yerli dövlət qurumları ilə təmasdadır: “Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunub. Səfirlikdə 30-a yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır”.

Xatırladaq ki, bu gün səhər saatlarında İndoneziyanın Cakarta şəhərində müxtəlif yerlərdə baş verən partlayışlar zamanı 6 nəfər ölüb.

Xəbər lenti
0