Baş Konsulluq: İstanbulda partlayışda xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

© REUTERS / Murad Sezer Sultanahmet'də partlayış
Sultanahmet'də partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 12-də İstanbulda baş vermiş partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

BAKI, 13 yan — Sputnik. İstanbulda baş vermiş partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə APA-ya İstanbuldakı Baş Konsulluqdan bildiriblər.

“İstanbul Polis İdarəsi ilə əlaqə saxlamışıq. Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı hər hansı məlumat yoxdur,” — deyə konsulluqdan qeyd ediblər.

Xatırladaq ki, bu gün İstanbulun Sultanəhməd meydanında baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Xəbər lenti
0