CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rauf Murqədirovun məhkəmə hökmündən şikayət hazırlanır

© azadliq.orgRauf Mirqədirov
Rauf Mirqədirov - Sputnik Azərbaycan
Abunə olmaq
Həbsdə olan jurnalist Rauf Mirqədirov vəkili Fuad Ağayev ilə veriləcək apellyasiya şikayətini müzakirə edib.

BAKI, 9 yan — Sputnik. Altı il müddətinə azadlıqdan məhrum edilən jurnalist Rauf Mirqədirov vəkili ilə görüşüb. Bu barədə Trend-ə Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.

Vəkil bildirib ki, görüş zamanı jurnalistin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb: "Saxlanma şəraiti normaldır. Səhhətində bəzi problemlər hələ də qalır. Bununla bağlı dərmanlar qəbul edir".

Ağayev deyib ki, görüş zamanı Mirqədirovla məhkəmə hökmündən verəcəyi apelyasiya şikayətini də müzakirə edib və yaxın günlərdə apelyasiya şikayəti məhkəməyə təqdim ediləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Rauf Mirqədirovla bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb. R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb.

Xəbər lenti
0