BAKI, 16 dek-Sputnik. Azərbaycanda qış fəsli dekabrın 22-si Bakı vaxtilə saat 08:48-də başlayacaq.
Sputnik AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, həmin gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bu prosesin ardınca Yerin şimal yarımkürəsində şimal üçün xarakterik olan qış fəsli başlayacaq.
Günün uzanması və gecənin qısalması Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra baş verəcək. Gündüzün ən qısa, gecəninsə ən uzun olması Qış Günəş duruşunun xarakterik xüsusiyyətidir.