Fransadan İrana birbaşa uçuşlar bərpa olunacaq

© Flickr / abdallahhAir France
Air France - Sputnik Azərbaycan
Abunə olmaq
İranla Fransa arasında olan birbaşa uçuşlar, İranın nüvə silahı istehsal etdiyinə dair yaranmış şübhələrdən sonra tətbiq olunan sanksiyalar səbəbilə 2008-cı ildə dayandırılmışdı.

BAKI, 9 dek — Sputnik. Yeddi il aradan sonra, Fransadan İrana birbaşa uçuşlar bərpa ediləcək.  Bu barədə fransız hava yolu şirkəti "Air France"-ın rəhbərliyi məlumat verib.

Parisdən Tehrana nəzərdə tutulan aviareyslər həftədə üç dəfə həyata keçiriləcək.

İranla Fransa arasında olan birbaşa uçuşlar, İranın nüvə silahı istehsal etdiyinə dair yaranmış şübhələrdən sonra tətbiq olunan sanksiyalar səbəbilə 2008-cı ildə dayandırılmışdı.

Xəbər lenti
0