Artıq Ermənistanın alternativ yolu yoxdur

© sputnik.azTofiq Abbasov_politoloq
Tofiq Abbasov_politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Tofiq Abbasov hesab edir ki, son zamanlar Dağlıq Qarabağ münaqişəsi yenidən gündəmə qayıtmaqdadır

Artıq Ermənistanın alternativ yolu yoxdur
Münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır. Bunu Azərbaycanın xarici  işlər naziri Elmar Məmmədyarov ATƏT-in Belqradda keçirilən nazirlər toplantısı çərçivəsində dekabrın 2-də Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşündə deyib.

 Xarici İşlər Nazirliyindən bildirirlər ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin cari statusu, qarşıdan gələn dövr ərzində Minsk qrupunun fəaliyyət proqramı, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. E. Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün Minsk qrupu həmsədrlərinin səylərinin artırılmasının vacibliyini vurğulayıb.

Politoloq Tofiq Abbasov hesab edir ki, son zamanlar Dağlıq Qarabağ münaqişəsi yenidən gündəmə qayıtmaqdadır, belə ki, əvvəlcə S.Lavrovun Ermənistana səfəri ərəfəsində bir neçə rayonun qaytarılması haqda fikirlər səsləndirilirdi, sonra Belqradda xarici işlər naziri həmsədrlərlə prezidentlərin görüşünün təşkili məsələsini müzakirə etdi. Politiloqun fikrincə bunlar onu göstərir ki, siyasi nizama salma prosesi davam edir. “Eləcədə maraqlı tərəflərin hamısının münasibətlərinin, vaxtaşırı səsləndirdikləri bəyanatların hamısının prosesə bilavasitə təsiri var. Məsələ ondadır ki, Azərbaycan zərər çəkmiş tərəf kimi daim bu problemin bütün kompozisyasını nəzərdə saxlayır. Ona görədə burada heç bir şey bizim tərəf üçün formal deyil. Yəni biz bunların hamısına qeyri formal prizmadan nəzər salırıq. Bu isə təbiidir çünki, burada pərdə arxası oyunlar da gedir, Ermənistana lobbiçilik edən tərəflərin ayrı-ayrı manevrləri var. Biz bilirik ki, Rusiya, Fransa, ABŞ Minsk qrupunun həmsədrləridir və ən azı bu üç ölkənin daxilində erməni məsələsi atrıq daxili gündəlikdə olan məsələdir. Həmin ölkələrdə yaşayan erməni icmalarının bunların mərkəzi orqanlarının, siyasi inustutlarının fəaliyyətinə bilavasitə təsiri var. Ona görədə Azərbaycan tərəfi bütün bu proseslərin hamısını diqqətlə izləyir ki, ümumi panoramda görsün ki, hansı və nə kimi dəyişikliklər baş verir. Bu yaxınlarda başda Sergey Lavrovla olmaqla bir sıra Rusiya rəsmləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra ünvanlı mesajlar veriblər. Bu ondan xəbər verir ki, prosesdə tərpəniş var. Vasitəçilər bu prosesə bir az təkan vermək istəyirlər. Ermənistanın marağında olan odur ki, nizama salma işi dalana dirənsin, heç bir müsbət dəyişiklik olmasın və status-kvo qalsın. Ona görədə ABŞ və Fransa nümayəndələri də dəfələrlə mötəbər tədbirlərdə deyiblər ki, bu prosesin çözümünü mütləq tapmaq lazımdır. Münaqişə dondurulmuş şəkildə qalarsa yeni fəsadlar, yeni risklər törədə bilər”.

ATƏT-in Minsk qrupunun həmsədrləri Belqradda Fransanın dövlət katibi Harlem Desirlə görüşüblər. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik öz “twitter” səhifəsində yazıb. “Fransanın dövlət katibi ilə Belqradda Dağlıq Qarabağ münaqişəsini müzakirə etməkdən məmnunuq. Biz birlikdə işləyəcəyik” — deyə, tvitdə bildirilir. 

Sanki bir müddət öncə Rusiya münaqişənin həllinə daha çox səy göstərirdi, indi isə Qərb tərəfi fəal rol oynamğa çalışır. Sizcə, bu nə ilə əlaqədardır?

“Rusiyanın belə bir meyli göz önündəydir. Bu isə təsadüfi deyil Rusiya coğrafi baxımdan münaqişə bölgəsinə çox yaxındır, digər tərəfdən hər iki tərəf ilə də qarşılıqlı münasibətlərdə olan bir dövlətdir. Ən nəhayət isə 1994-cü ildə müvəqqəti sülhün əldə olunmasında da Rusiyanın böyük xidməti olub. Bunu Azərbaycan tərəfi inkar etmir. O baxımdan Rusiyanın daha çox təsir rıçaqları var. Ancaq bizim üçün sirr deyil ki, üçlük çərçivəsində qısqanclıq meylləri var. Əgər bir qədər Rusiya təşəbbüskarlıq göstərib irəli düşmək istəyirsə, dərhal Fransa və ABŞ-da burada öz rollarını nəzərə gətirirlər. Bildirirlər ki,  onlarda bu prosesdə işlək bir mexanizmin tapılmasında israrlıdılar. Məsəl üçün Ceym Uorlik işə başlayanda bir neçə gözlənilməz və hətta mən deyərdim ki, çox qəribə bəyanatlar verdi, Dağlıq Qarabağ bölgəsinə səfərlər etdi orada açıq aşkar bildirdi ki, guya qondarma “DQR” demokratik proseslər inkişaf edir və.s. Sonra artıq anladı ki, belə bir minvalla nizama salma prosesinə müsbət heç nə gətirmək mümkün deyil. Ona görədə son vaxtlarda onun münasibətləri bir az dəyişib və o artıq mən deyərdim ki, taraz münasibət bildirir. Hətta Azərbaycan icmasının nümayəndələri ilə də bu yaxpınlarda görüşdü. Əsas odur ki, yəni müsbət meyllər, işartılar çoxalır. İndi bəzi rayonların işğaldan azad olunması haqda kimlərsə nəsə deyir, amma, məsələ kompleks şəkildə öz həllini tapmalıdır. Ermənistan əvvəl-axır özünün o dağıdıcı mövqeyindən mütləq geri çəkiləcək. Çünki, onun başqa yolu yoxdur və özüdə artıq uçurum qarşısındadır. Dünya siyasətçiləri və həmsədr ölkələrdə artıq anlayırlar ki, Ermənistanın alternativ yolu yoxdur”.

Xəbər lenti
0