Deputat: Mən informasiya terrorunun qurbanına çevrilmişəm

© Photo : TRENDNaqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü - Sputnik Azərbaycan
Abunə olmaq
Naqif Həmzəyev: Mənim tək və yeganə bir liderim var, o da ümummilli lider Heydər Əliyevdir.

BAKI, 4 dek —Sputnik. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni təhqir etməkdə günahlandırılan deputat Naqif Həmzəyev bu gün parlamentdə jurnalistlər üçün brifinq keçirib.

"Məni provokasiyaya çəkməyin" deyə jurnalistlərə xitab edən deputat Məhəmməd Əmin Rəsulzadəni təhqir etmədiyini bəyan edib: "Mən hər kəsin qarşısında bəyan edirəm ki, mənim tək və yeganə liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir. Mən demədiyim fikirlərə, etmədiyim əmələ görə heç bir məsuliyyət daşımıram. O cümlədən də Rəsulzadəni təhqir etməmişəm və etmək fikrim də yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş mətbuatın çox təəssüf olsun ki, bəzi nümayəndələri jurnalistikanı biznes maraqlarına qurban veriblər. Bu gün mən informasiya terrorunun qurbanına çevrilmişəm. Bütün deputat həmkarlarımdan, jurnalistlərdən və ictimaiyyət nümayəndələrindən də xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar və bu oyunun alətinə çevrilməsinlər."

Sözügedən insidentlər bağlı nə üçün məhkəməyə müraciət etmədiyinə aydınlıq gətirən deputat deyib: "Mən fəaliyyətimin ilk dövründə istəmirəm ki, jurnalistlərlə məhkəmədə üzləşim. Ona görə də sadəcə susmağı və səbr etməyi üstün tuturam. Qeyri-rəsmi şəraitdə edilən bir söhbəti qərəzli şəkildə yazıblar, buna təəssüf edirəm. Səsləndirmədiyim fikirləri mənim adımdan veriblər. Son 4 ildə Gəncəyə gələn jurnalistləri şəxsən mən qarşılamışam və heç vaxt dilimdən təhqir çıxmayıb. Mənim leksikonumda təhqiramiz fikirlər yoxdur. Xahiş edirəm bu kampaniyaya heç kəs qoşulmasın və dəstək verməsin."

"Rəsulzadə sizin üçün kimdir?" sualına deputat "Mən dedim, mənim tək və yeganə bir liderim var, o da ümummilli lider Heydər Əliyevdir." — deyə cavab verib.
O əlavə edib ki, Rəsulzadə tarixi şəxsdir və tarixi şəxslərə hörmət var. "Gəncə şəhərində ilk növbədə Gəncənin adı ilə bağlı olan Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazehin yaradıcılığı dərindən öyrənilir. Dövlətimiz tərəfindən onların xatirələrinin əbədiləşdirilməsi üçün lazımi addımlar atılır. Lazım gələrsə, digər işlər də görüləcək. Millət vəkili nə heykəl qoymur, nə də bu məsələlər onun səlahiyyətlərinə daxil deyil." — deyə Həmzəyev bildirib.

O, bir daha "qeyri-rəsmi ortamda danışılan söhbətin təhrif olunmuş dialoq formasında ictimaiyyətə çatdırılmasına" təəssüfünü bildirib.

Xəbər lenti
0