Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nardaranda torpağa basdırılmış silahlar aşkarlanıb

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində torpağa basdırılmış silahlar tapılıb.

BAKI, 3 dek-Sputnik. Bakının Nardaran qəsəbəsində silah-sursat tapılıb.

Sputnik Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, qundağı kəsilmiş "AKM" markalı silah, 5 ədəd patron və 1 ədəd patron darağı, məişət tullantıları qutusundan isə 1 ədəd nömrə silinmiş "Revolver" tipli tapança tapılıb.

Silahlar müsadirə edilib.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала