Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğanın siyasi karyerası sona çatacaq

© AFP 2024 / BULENT KILICSuriya prezidenti Bəşər Əsəd və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Suriya prezidenti Bəşər Əsəd və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Bəşər Əsəd: Ərdoğan bundan sonra nə etsə də, güc balansını öz xeyrinə dəyişə bilməyəcək.

BAKI, 2 dek-Sputnik. Rusiyaya məxsus "Su-24" tipli təyyarənin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasının səbəbi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məğlubiyyətlə barışmaq istəməsidir.

Sputnik Azvision-a istinadən xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd Çexiya telekanalına müsahibəsində bildirib. Suriya liderinin sözlərinə görə, son hadisələrlə əlaqədar Ərdoğanın əsəbləri dözməyib. Çünki, Rusiyanın müdaxiləsi burada güc balansını dəyişdi: "Ərdoğanın məğlubiyyəti, terror təşkilatlarının məğlub olması onun siyasi karyerasının sonu anlamına gələcək".

Əsəd, həmçinin əlavə edib ki, Ərdoğan bundan sonra nə etsə də, güc balansını öz xeyrinə dəyişə bilməyəcək: "Terrorizmə qarşı müharibə davam edir. Rusiyanın dəstəyi daha da güclü olacaq".

Xəbər lenti
0