BAKI, 1 noy-Sputnik. "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər Milli Məclisin dekabrın 4-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Sputnik xəbər verir ki, bu barədə MM-in İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
S. Novruzov əlavə və dəyişikliklərin nədən ibarət olduğunu açıqlamayıb.