BAKI, 30 noy – Sputnik. Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal ölkəsi ilə Rusiya arasında münasibətlərin korlanmasına baxmayaraq, rus turistləri bundan sonra da Türkiyəyə gəlməkdə davam etməyə çağırıb.
Mahir Ünal turistləri ölkəyə şəxsən dəvət etmək istədiyini də deyib.
"Turizm sektorunu siyasətə alət etmək doğru deyil. Mədəniyyət və turizm naziri olaraq Rusiya vətəndaşlarına demək istəyirəm ki, Türkiyə sizin evinizdir. Əvvəllər olduğu kimi, burada təhlükəsiz tətil keçirə bilərsiniz", deyə Ünal əlavə edib.
Təkcə bu il Türkiyəni 3 milyona yaxın rusiyalı turist ziyarət edib.