BAKI, 30 noy — Sputnik. Təmir-tikinti işləri ilə əlaqədar Nizami rayonu Mikayıl Əliyev küçəsinin bir hissəsində qısa müddətlik nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədən üzü Babək prospektinə doğru olan 700 metrlik hissəsində tətbiq olunub.
Sözügedən ərazidə təmir-tikinti işləri yekunlaşandan sonra küçənin digər hissəsinin, Babək prospektinə qədər olan 750 metrlik ərazinin nəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik məhdudlaşdırılması planlaşdırılır.