BAKI, 27 noy – Sputnik. “Çin şərqi Afrika ölkəsi olan Cibutidə hərbi baza yaradacaq. Bu bazada 10 il müddətində 10 min əsgər xidmət edəcək”. Bu barədə Çinin Müdafiə Nazirliyinin spikeri Vu Çien məlumat verib.
Nazirin sözlərinə görə, hərbi bazanın yaradılmasında məqsəd BMT-nin Somalidə humanitar fəaliyyətinə yardım etməkdir.
Cibuti, Ədən körfəzinə çıxışı olan, Yəməndən 20 kilometr aralıda yerləşən şərqi Afrika ölkəsidir.