BAKI, 25 noy — Sputnik. ABŞ Azərbaycana 1,1 mlrd. dollar həcmində yardım edib.
Sputnik xəbər verir ki, bunu Bakıda jurnalistlərə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım üzrə koordinatoru Alina Romanovski deyib.
Onun sözlərinə görə, 1992-ci ildәn ümumilikdә Azәrbaycana ayrılan ABŞ yardımları 1,1 milyard dollar tәşkil edir: "Bundan əlavə olaraq ABŞ-ın Azәrbaycana pul olmayan, әşya, geyim, qida yardımı 220 milyon dollar dәyәrindә qiymәtlәndirilir".
Romanovski onu da əlavə edib ki, 1993-cü ildәn etibarən ABŞ Azәrbaycana humanitar yardım layihәlәri vә qaçqınların yaşayış sәviyyәsini artırmaq üçün 115 milyon dollar ayırıb.
Romanovski bildirdi ki, ABŞ Azərbycan iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişaf etdirlməsi məqsədi ilə yardımlar edib: “USAID-ın Azәrbaycanda kәnd tәsәrrüfatı sahәsindә hәyata keçirdiyi fәaliyyәt nәticәsindә irәlilәyiş әldә olunub, nar istehsalı 57, digәr istehsal isə 12 faiz artıb. Fermerlәrә yardım nәticәsindә nar ixracı 55, qoz ixracı isә 68 faiz artıb".
O, əlavə edib ki, ABŞ Azәrbaycana demokratiya vә insan haqları sahәsindә dә yardımlar edib: "Bu çәrçivәdә әyalәtlәrdә 97 icma mәrkәzi yaradılıb. Bu mәrkәzlәr insanların yerli hakimiyyәt orqanları ilә münasibәtlәrinin formalaşması vә dialoqu üçün 39 layihә hәyata keçirib".
Romanovski onu da əlavə etdi ki, ABŞ bundan sonra da bu istiqamətdə Azəbaycanla birgə fəaliyyətini davam etdirəcək: “Biz xüsusən cəmiyyətdə qadınların rolunun artırılması, kənd təsərrüfatının inkişafı etdirlməsi istiqamətində layihələrimizi davam etdirməyi düşünürük. Bununla yanaşı Azərbaycanda güclü vətəndaş cəmiyyətinin formalaşması, demokratiyanın inkişaf etdirlməsi istiqamətində də layihələrimiz olacaq.”