BAKI, 24 noy – Sputnik. Türk hərbçiləri Suriya ilə sərhəddə Mig-23 döyüş təyyarəsini vurublar.
Ölkənin Baş Qərargahından verilən açıqlamada, döyüş təyyarəsi Türkiyənin hava məkanını pozduğu üçün vurulub. Vurulan təyyarənin Suriyaya yoxsa Rusiyaya aid olduğu hələlik məlum deyil.
Məsələ ilə bağlı baş nazir Əhməd Davudoğlu, xarici işlər naziri Feridun Sinirlioğlu və Baş Qərargahın rəisi Hülusi Akar arasında görüş keçirilir.