Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ev almağa tələsməyin, çünki...

© apa.azBina
Bina - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Tikinti şirkətlərindən külli miqdarda qanunsuz rüşvət alındığını düşünürəm.

BAKI, 23 noy — Sputnik. "İnsanlar yaxın 5-6 ay ərzində mənzil almağa tələsməsinlər. Çünki bu sahədə qiymətlərin aşağı düşəcəyi gözlənilir". Bunu Sputnik-ə açıqlamasında daşınmaz əmlak üzrə ekspert Fuad Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda bir çox dövlət qurumlarında ciddi struktur dəyişiklikləri baş verir və bu proses davam edəcək.

"Hər gün yeni xəbərlərlə oyanırıq. Demək olar ki, bütün nazirliklərdə ciddi yoxlamalar başlayıb. Rüşvət və korrupsiya səbəbilə işdən çıxarılmalar, həbs edilmələr göz qabağındadır. Daşınmaz əmlak sektorunda da korrupsiya hallarının olduğu hərkəsə bəllidir. Sahibkarların incidildiyi faktorları bir-bir üzə çıxır. Tikinti şirkətlərindən külli miqdarda qanunsuz rüşvət alındığını düşünürəm. Əlbəttə bu kimi qanunsuzluqlar qiymətlərin bahalaşmasına gətirib çıxarıb" — deyə ekspert qeyd edib.

Fuad Həsənov sonda əlavə edib ki, nazirliklərdə və dövlət qurumlarındakı təmizləmələr sona çatanadək insanlar ev almağa tələsməməlidirlər.

Xəbər lenti
0