BAKI, 20 noy – Sputnik. Malinin paytaxtı Bamakoda silahlı dəstə xaricilər qalan otelə basqın edib. Otelə diplomatik dövlət nömrə nişanlı avtomobillə gələn terrorçular hazırda 170 nəfəri girov saxlayırlar.
Ölkə polisi və ordusu, girovları azad etmək üçün əməliyyata başlayıblar. Məlumata görə, əməliyyatda 3 terrorçu zərərsizləşdirilib.
Hazırda bölgədə atışma getdiyi və otelin mühasirəyə alındığı bildirilir.